Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Fransada cinsi əlaqəyə icazə yaşı 15-ə endirildi



Fransada cinsi əlaqə üçün razılıq yaşı 15 olaraq təyin edilib.

Gender.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa Parlamentində keçirilən səsvermədə cinsi əlaqə üçün razılıq yaşının 15 yaş olması 67 "hə” səsi ilə təsdiqlənib. 

Bu yaşdan aşağı uşaqlarla cinsi əlaqə "təcavüz” kimi qəbul ediləcək.

Ölkədə mübahisələrə səbəb olan və qismən dəyişdirilən qanun layihəsi Parlamentdə səsə qoyulub və qəbul edilib.

Senator Annik Billon tərəfindən hazırlanan qanun layihəsi uşaqlara qarşı cinsi təcavüzə qarşı mübarizə məqsədi daşıyır.

Onu da qeyd edək ki, Qanuna görə, 15 yaşa qədər uşaqları internetdə cinsi əlaqəyə təşviq edənlərə 10 il həbs və ya 150 min avro cərimə cəzası veriləcək.| AZXEBER.COM

Tarix: 16 aprel 2021
Baxış: 423

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş