Gözübağlı rəsm çəkən azərbaycanlı Ginnesə iddialıdır - FOTO
Vüsal Cabbarov orta məktəbdə tarix müəllimidir, lakin bu, onun rəssamlıq fəaliyyətinə mane olmur. Əlbəttə ki, rəssam hisslərini, gördüklərini tabloya köçürür, bu proses isə onun tərəfindən diqqətlə izlənilməlidir. Amma Vüsal müəllim gözübağlı rəsm çəkə bilir, özü də gözüaçıq çəkdiyi rəsmlərdən fərqlənməyən əsərlərə imza atmağı bacarır.Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, uşaqlıq illərindən nağıl personajlarına olan marağı və onları təsvir etmək istəyi Vüsal Cabbarovun yolunu Lənkəran Uşaq Rəssamlıq Məktəbindən salıb.
Dörd illik təhsilini əla qiymətlərlə bitirən rəssam AMİU-nun sənətşünaslıq fakültəsinə daxil olub. O, əsasən, portret janrına üstünlük verir və bu çətin, çox vaxt tələb edən əsərləri çəkən zaman həm gözünün bağlı olması, həm də sürəti insanları təəccübləndirir.
Vüsal Cabbarov təsviri incəsənətdə fərqli üslubunun olduğunu iddia edir və Ginnesin Rekordlar kitabına düşməyə çalışır.
Tarix: 20 may 2019
Baxış: 546
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş