Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
80 yaşlı kişidən 50 HƏYAT DƏRSİ: Həyat yoldaşınızı seçərkən diqqətli olun!

Yaşlı insanların gələcəkdə peşman olmasınlar deyə gənclərə məsləhət verdiklərini hər zaman müşahidə etmək olur. Onlar bu nəsihətləri deyərkən öz həyat təcrübələrinə əsaslanırlar. 
 
Bu barədə telekommunikasiya üzrə analitik İan Tenqin paylaşdığı 80 yaşlı kişiyə məxsus 50 məsləhət olduqca diqqət çəkib. 
 
Sfera.az həmin məsləhətləri təqdim edir:
 
1.Əllə görüşün.
2.İnsanların gözlərinə baxın.
3.Duşda mahnı oxuyun.
4.Mükəmməl səsgücləndiriciyə sahib olun.
5.Döyüş varsa, bir dəfə və sərt vurun.
6.Sirr saxlayın.
7.Heç vaxt, heç kimdən vaz keçməyin. Möcüzələr hər gün yaşanır.
8.Sizə uzanan əli həmişə tutun.
9.Cəsarətli olun. Olmasan belə, özünü elə göstər. Heç kim bunun fərqini deyə bilməz.
10.Fit çalın.
11.İstehzalı ifadələrdən çəkinin.
12.Həyat yoldaşınızı seçərkən diqqətli olun. Bütün xoşbəxtliyinizin və safalətinizin 90 %-i bu qərardan asılıdır.
13.Heç vaxt öyrənməyəcək insanlar üçün yaxşı şeylər etməyi vərdiş halına gətirin.
14.Sadəcə təkrar oxumaq istəmədiyiniz kitabları hədiyyə verin.
15.Heç vaxt kiminsə ümidini itirməsinə səbəb olmayın, bu onların sahib olduğu tək şey ola bilər.
16.Uşaqlarla oynayanda onların sizi məğlub etməsinə icazə verin.
17.İnsanlara ikinci şansı verin, amma üçüncünü yox.
18.Romantik olun.
19.Tanıdığınız ən pozitiv və həvəsli insan olun.
20.Dərin nəfəs alın. Rahatlayın. Nadir hallarda rast gəlinən ölüm-dirim məsələləri xaric heç nə o qədər də önəmli deyil.
21.Telefonun önəmli anları yarıda kəsməsinə izn verməyin. Telefon zəng edənin deyil, sizin rahatlığınız üçün ordadır.
22.Yaxşı məğlub olun.
23.Yaxşı qalib olun.
24.Bir dostunuza sirrinizi açmadan əvvəl 2 dəfə düşünün.
25.Biri  sizi qucaqlayanda izn verin ilk ayrılan o olsun.
26.Təvazökar olun. Çoxları sən doğulmadan öncə çox şeyi bacarıb.
27.Sadəliyinizi qoruyun.
28.İtirəcək heç nəyi olmayan insandan çəkinin.
29.Körpüləri yandırmayın.  Eyni çayı neçə dəfə keçdiyinizə təəccüblənəcəksiniz.
30.Həyatınızı kitabınız oxuna bilsin deyə yaşayın: Peşman olmadan.
31.Cəsarətli və cəsur olun. Geri dönüb baxanda etmədiklərinizin etdiklərinizdən daha çox olduğunu görəndə peşman olacaqsınız.
32.Birinə onu çox sevdiyinizi söyləmək fürsətini qaçırmayın.
33.Unutmayın, heç kəs hər şeyi tək edə bilməz. Minnətdar qəlbə sahib olun və sizə kömək etmək istəyənlərə fürsət yaradın.
34.Davranışlarınıza görə məsuliyyət daşıyın. Başqasının sizin üçün seçim etməsinə fürsət verməyin.
35.Xəstəxanada olan dost və qohumlarınızı ziyarət edin, bu bir neçə dəqiqənizi alacaq.
36.Hər səhər günə sevdiyiniz musiqi ilə başlayın.
37.Hərdənbir mənzərəli yolla gedin.
38.Bir neçə "Sevgililər günü” kartı göndərin. "Möhtəşəm olduğunuzu düşünən biri” notunu yazın. 
39.Telefona cavab verərkən səsinizin həvəsli və enerjili olmasına diqqət edin.
40.Yatağınızın yanında qələm və not dəftəri saxlayın. Milyon dollarlıq ideyalar bəzən gecə saat 3-də ağla gəlir.
41.İşləri nə qədər önəmsiz olursa olsun, yaşamaq üçün çalışan hər kəsə hörmət edin.
42.Sevdiklərinizə çiçək göndərin. Səbəbi barədə sonra düşünərsiniz.
43.Başqa birinin gediş haqqını ödəyərək onun gününü yaddaqalan edin.
44. Kiminsə qəhrəmanı olun.
45.Ancaq sevdiyin üçün evlən.
46.Şükür et.
47.Birinin evində qonaq olanda yeməyi tərifləyin.
48.Məktəb avtobusundakı uşaqlara əl yelləyin.
49.Unutmayın ki, hər hansı işdəki uğurun 80 %-i insanlarla işləmək bacarığınıza əsaslanır.
50.Həyatın ədalətli olacağını gözləməyin. \\Sfera

Tarix: 06 aprel 2021
Baxış: 380

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş