Xəbər lenti
Reklam
Bu erməni qız üçün diaspor külli miqdarda pul xərcləyir - SƏBƏB - FOTOLAR

Aprelin 1-də Moskvada, bəstəkar Sergey Raxmaninovun ad günü münasibətilə “Raxmaninov günü” adlı tədbir keçiriləcək. Tədbir bəstəkarın adını daşıyan “Filarmoniya-2” zalında baş tutacaq.
Konsertdə Rusiyanın Milli Filarmoniya Orkestrinin dirijoru Vladimir Spivakov olacaq.
 

Erməni diasporunun xüsusi canfəşanlığı ilə Rusiyada yaşayan gənc istedadlı pianoçu, bir sıra müsabiqələrin qalibi Yeva Qevorqyan həmin konsertdə fortepianoda ifa edəcək.
Onun ifasında “Simfonik Rəqs”, “Paqanini mövzusunda Rapsodiya” əsərləri səsləndiriləcək. Xatırladaq ki, Yeva Qevorqyan hər hansı bir təcrübəsiz musiqiçinin arzuladığı, olduqca populyar olan tədbirlərdən birinə ilk dəfədir ki, qatılır.
Əlbəttə, bunun üçün erməni diasporunun  külli miqdarda vəsait xərclədiyi “Ermənistanın gənc talantları” proqramı öz rolunu oynayıb. Yeva məhz diasporun gələcəkdə məkrli planlarında bu və ya digər şəkildə iştirak etmək üçün belə layihədə güclü dəstək alıb.
Qeyd edək ki, “Gənclərə dəstək proqramı” çərçivəsində erməni diasporu gənc pianoçu üçün bahalı YAMAHA royalını əldə edib. Təsadüfi deyil ki. Yeva Qevorqyan bu yaxınlarda “YAMAHA Sənətçisi” titulunu alıb. O, Rusiyadan belə bir titula malik yeganə qızdır. \\KONKRET


Tarix: 27 mart 2021
Baxış: 454

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş