Kişilər və qadınlar yalnız düşüncə tərzinə və cinsi xüsusiyyətlərinə görə fərqlənmir. Məsələn, elm adamları qadın və kişi bədəninin temperatura fərqli reaksiya verdiyini təsbit edib.
İstiyə və ya soyuğa münasibət qadın və kişi arasında fərqlənir. Bəs bunun səbəbi nədir?
Qadınlar soyuğa daha həssasdır
Soyuğa dözümlülük hər kəsdə fərqli olsa da, alimlər qadınların daha çox üşüdüyünü təyin edib. Bu, ilk növbədə onların orta bədən istiliyinin kişilərdən bir qədər yüksək olması ilə əlaqədardır. Odur ki, qadınlar soyuğu daha güclü hiss edir.
Bu fakt müxtəlif cinslərdən olan 40 könüllünün qatıldığı tədqiqatda təsbit edilib. 18-40 yaş arasında olan iştirakçıların orta bədən istiliyi 36,8°C olub, lakin gün ərzində hər birinin göstəricisi dəyişib, bu da insan orqanizmi üçün normaldır.
Bununla birlikdə, qadın göstəriciləri həmişə kişilərdən bir qədər yüksək qeydə alınıb, təxminən 0,4 dərəcə. Alimlərin sözlərinə görə, qadınlarda üşümə hissinin artmasının səbəbi estrogen hormonlarla əlaqədardır. Periferik damarlar bu hormonlara qarşı çox həssasdır. Qandakı estrogen səviyyəsi çoxaldıqca bədənin soyuğa reaksiyası artır. Bundan başqa, aşağı temperaturda qoruyucu mexanizmlər işə salınır - kapilyarlar daralır və qanı həyati orqanlara yönəldir. Azacıq soyuq havada belə qadın bədəni eyni reaksiyasını verir, lakin kişilərdə bu müşahidə olunmur.
Qadınlarda estrogenlər dərialtı piyləri bədəndə daha bərabər payladığı üçün qan bağırsaqlara ekstremitlərə nisbətən daha sürətli axır. Bu səbəbdən qadınlar soyuq fəsillərdə daha ciddi diskomfort yaşayırlar, çünki belə şəraitdə ayaqları və qolları daha sürətli üşüyür.
Hansı orqanlar soyuğa daha həssasdır?
Alimlər qadınların bədənindəki ən soyuq yerin ayaq və ayaq barmaqları olduğunu təsbit edib. Bu, təəccüblü deyil, çünki aşağı ətraflarda qan dövranı daha yavaş gedir. İstiliyin çox hissəsi bədən daxilində cəmlənir. Ancaq qan ən son ayaqlara axır. Buna görə qışda bir çox qadın ayaqlarının ciddi şəkildə üşüməsindən şikayətlənir. Əksər kişilərdə isə bu cür problem praktik olaraq mövcud deyil. Zərif cinsin ekstremitlərinin temperaturunun kişilərdən təxminən 3 dərəcə aşağı olduğu müəyyən edilib./Publika.az