Redaktor seçimi
    Qarabağa bir erməni qayıtsa... - Millət vəkili
Xəbər lenti
Reklam
WhatsApp-da casus üzə çıxdı, hər şeyi izləyir...
 
Hakerlər WhatsApp xidmətindəki bir qüsurdan yararlanaraq telefonlara və digər cihazlara casus proqramı yerləşdirə biliblər. Bu açıqlamanı Facebook-a məxsus mesajlaşma əlavəsi mayın 13-də yayıb.
Virusun “seçilmiş” istifadəçiləri hədəfə aldığı, “qabaqcıl kiber oyunçu” tərəfindən istifadə olunduğu bildirilir. Proqram mobil cihazlara WhatsApp-in zəng xidməti funksiyası vasitəsilə yeridilib.
“Bu hücumda hökumətlərlə işləyən özəl şirkətin əlamətləri var, hücum zamanı mobil telefonun əməliyyat sistemlərinə nəzarət edən casus proqramından istifadə olunub”, – WhatsApp bildirib.
Şirkət virusun mayın əvvəlində aşkarlandığını bildirir. Artıq problem aradan qaldırılıb. Xidmət 1,5 milyard istifadəçisini hər ehtimala tətbiqi yeniləməyə çağırır. “The Financial Times of London” casus proqramının İsrailin NSO Group adlı təhlükəsizlik şirkəti tərəfindən hazırlandığını müəyyənləşdirib.
NSO Group bəyanatında bildirib ki, onun məhsulları hökumətlərin kəşfiyyat və hüquq-mühafizə agentliklərinə cinayətkarlıq və terrorçuluğu araşdırmaq və onlarla mübarizə aparmaq imkanı verir.
Londonda mənzillənən Amnesty International hüquq-müdafiə təşkilatı isə bildirib ki, avtoritar rejimlər bu alət vasitəsilə tanınmış hüquq müdafiəçilərini və jurnalistləri nəzarət saxlayırlar, bunun dəlilləri getdikcə artmaqdadır.
“Onlar sizin telefonu siz heç bir addım atmadan yoluxdururlar”, – Amnesty Tech-in proqram direktorunun müavini Danna Ingleton deyib.
Mayın 14-də Təl Əviv məhkəməsi Amnesty International-ın vəsatətinə baxacaq. Qurum İsrailin Müdafiə Nazirliyini NSO Group-un məhsullarını ixrac lisenziyasını ləğv etməyə çağırır.
Məlumata görə WhatsApp-da casus proqramı barədə təxminən bir ay əvvəl xəbər tutublar və dəyən ziyanı hələ də qiymətləndirməkdə davam edirlər. Casus proqramının nə qədər isifadəçinin mobil telefonlarına yükləndiyini müəyyən etmək mümkün olmayıb.
“The Financial Times” yazıb ki, həmin casus proqramının adı “Pegasus”dur. Proqramın telefona yüklənməsi üçün istifadəçinin WhatsApp-dan gələn zəngi cavab verməsi vacib deyil. Proqram telefona zəng çatan kimi avtomatik yüklənir və bu andan etibarən qurbanın hər hərəkətini, danışığını, yazışmasını izləmək mümkün olur. Belə ki, proqram mobil telefonun mikrofonu vasitəsilə sahibinin danışıqlarını dinləyib ötürür, kameranı işə salaraq onun görüntülərini qeydə alır və WhatsApp yazışmalarını izləyir.
Habelə istifadəçinin yerini müəyyənləşdirir. İstifadəçi isə casus proqram tərəfindən izləndiyindən xəbərsiz olur. Çünki onun mobil telefonuna gələn WhatsApp zəngi proqram yükləndikdən sonra zənglər jurnalından öz-özünə silinir. Casus proqram həm Android, həm iOS əlavəli mobil cihazlarda işləyir. \\Afn
Tarix: 14 may 2019
Baxış: 560

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş