"WhatsApp"dan SON XƏBƏRDARLIQ: Ya qəbul et, ya da...
"WhatsApp" mesenceri yeni istifadə qaydaları və məxfilik siyasətinə dair bildirişlər yayır.
Mesencer istifadəçiləri mayın 15-də ya yeni istifadə qaydalarını qəbul etməli, ya da mesencerdən çıxmalıdırlar. Belə ki, həmin tarix ərəfəsində artıq "WhatsApp"ın əlavəsində yerləşdirilən və açılarkən ekrana çıxan bildirişlər yeni qaydalar izah olunaraq mesencer istifadəçisi qalmaq üçün onları qəbul etmək təklif olunur.
Bununla yanaşı, istifadəçilərin akauntları silinməyəcəyi, amma yeni şərtləri qəbul etməyincə mesencerin bütün funksiyalarından yararlanmayacaqları da bildirilir: "Qısa müddət ərzində zəng və bildirişlər qəbul edə biləcək, amma ismarıc oxuya və ya göndərə bilməyəcəksiniz". \\Publika
Tarix: 17 mart 2021
Baxış: 339
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş