Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Balonda kabab bişirməyin qaydası – Evdə, manqalsız, kömürsüz
Kababın ətri uzaqdan insanı cəlb edərək, insanları iştahlandırır. Bu səbəbdən bir çoxları qonşular, ətraf kabab iyi çəkməsin deyə, həyətdə, eyvanda manqal qurub, kabab bişirmir.
 
Xüsusən Ramazan ayında bu zövqü yaşamaq olmur. Bəzənsə bina mənzillərində yaşayanlar ürəkləri istəyəndə kabab çəkə bilmir.
Sizə elə mənzil şəraitində, adi balonda manqaldakından heç də geri qalmayan, dadlı, yumşaq kabab hazırlamağın reseptini təqdim edirik.

Bu metodla kababı elə günü bu gün bişirə bilərsiniz.

Lazımdır:

Quzu əti (yumşaq hissəsi) – 500 qr
Mineral qazlı su – 100 ml
Ət üçün basdırmalıq soğan – 2 ədəd
Limon suyu – 1 xörək qaşığı
Duz, istiot, hər hansı sous

Hazırlanması:

Ət adi kabab qaydasında basdırma olunur və 2 saat saxlanılır. 

Xüsusi çubuqlara əti keçirirsiz, basdırmadan qalan soğanlı qarışımı balonun içinə tökürsüz. Sonra çubuqları balonun içinə yerləşdirib, balonun ağzını falqa ilə örtürsünüz.  

Balonu soyuq sobada ( əvvəlcədən qızdırmadan) qoyub,  180 dərəcədə 1 saat bişirirsiz. 
Sonra sobanın qapağını açıb 15 dəqiqə saxlayın ki, balonu çıxaranda partlamasın.

Balonda kabab çox dadlı, yumşaq alınır. Ona manqal, kömür ətri vermək üçün balonun dibinə 1-2 ədəd kömür qoymaq olar. \\Medicina.az 

 
Tarix: 08 may 2019
Baxış: 623

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş