Məşhur biznesmen özünə “şər atdı?” – “Putinin sarayı” onun imiş
“Artıq sirr olmayacaq ki, mən benefisiaram. Orada yetərincə mürəkkəb obyekt olub, xeyli kreditorlar var idi. Mən benefisiar ola bildim. Bu, tapıntıdır. Yeri əladır”.
Bunu rusiyalı biznesmen Arkadi Rotenberq Mash” teleqram kanalına müsahibəsində Rusiyanın Gelencik şəhəri yaxınlığındakı “Putinin sarayı”ndan bəhs edərkən söyləyib.
Bundan əvvəl, Arkadi Rotenberq Telegram kanalı “Mash”a verdiyi müsahibədə bir neçə il əvvəl obyektin benefisiarına çevrildiyini söyləib. “Hər şey çox diqqətlə, səmərəli və peşəkarlıqla həyata keçirilir. Hesab edirəm ki, bir-iki ilə otelin tikintisini başa çatdıracağıq”, – sahibkar deyib.
“Lokdaun bir tərəfdən Rusiya daxilində səyahət üçün yüksək tələbin olduğunu göstərdi, digər tərəfdən isə yaşayış üçün həcm çatışmazlığını ortaya qoyub”, – biznesmen əlavə edib.
Xatırladaq ki, A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və çirkli pullarla əldə etdiyi sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 100 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.
Yanvarın 29-da Gelencik yaxınlığında yerləşən, prezident Vladimir Putinə aid olduğu iddia edilən sarayda ilk dəfə çəkiliş aparılmasına icazə verilib. Çəkilişi hakimiyyətə yaxınlığı ilə bilinən “Mash” teleqram kanalı aparıb. Eyni gündə sarayın inşaatçısı mətbuata tikintinin təfərrüatlarını sızdırıb.\\Savash.org