Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bill Qeyts, Soros və Rokfeller koronavirus istehsalında GÜNAHLANDIRILIR

COVID-19-un laboratoriya şəraitində istehsal edildiyi iddiaları yenidən gündəmə gətirilib. Peru məhkəməsi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsi, amerikalı iş adamı Corc Sorosu və Rokefeller ailəsini koronavirus istehsalında günahlandırıb.
Peruda koronavirus epidemiyasının necə yayıldığına dair istintaq başladılıb.
İstintaq mətninə Rusiya mətbuatında yer alan xəbərlər də daxildir:
“Bill Qeyts, Soros, Rokefeller kimi yeni dünya düzəninin yaradıcıları xaricində heç bir dünya dövləti, həqiqi və hüquqi şəxslər bu pandemiyanın proqnozlaşdırıla biləcəyini iddia edə bilməz”.
Bu məsələ mətbuatda və sosial mediada geniş yayıldıqdan sonra Peru Ali Məhkəməsi istintaqı öz üzərinə götürüb.
Müzakirələrin ən böyük hədəfi Bill Qeytsin həyat yoldaşı ilə birlikdə qurduğu “Bill & Melinda Gates” fondunun beynəlxalq peyvənd ittifaqıdır.
Sosial media müzakirələrində əsas mövzu isə Bill Qeytsin milyardlarla insanı “mikrociplərlə” izləmək üçün koronavirus peyvəndini yaratması iddiasıdır. \\Oxu
Tarix: 13 yanvar 2021
Baxış: 362

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş