Azərbaycanda bu gündən etibarən Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin qiyməti 1 manat, dizel isə 80 qəpik müəyyənləşib. Bu qərar elan edildiyi andan etibarən sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Vətəndaşlar bu artımı zəruri edən səbəblər axtarmağa çalışıblar.
SOCAR izahatında qeyd edib ki, Aİ-92 markalı benzinin keyfiyyətini artırmaqla ekoloji zərərini azaltmaq, dizelin ekoloji zərərini minimuma endirmək üçün benzinə üstünlük verilməsini təşviq etmək üçün bu addımın zəruri olduğunu qeyd edib.
Belə ki, Aİ-92 markalı benzin dünyanın əksər ölkələrində ekoloji zərərinə görə istifadə edilmir. Hazırda 50-yə yaxın ölkədə Aİ-92 markalı benzin işlənilmir. Onların sırasında Türkiyə, Polşa, Macarıstan, Çexiya, Avstriya, Latviya, İspaniya, Estoniya, İsveçrə, İsveç, Norveç, Niderland, Fransa, Danimarka və Belçika da var. Göründüyü kimi Avropa ölkələrinin 99 faizi ekoloji baxımdan əlverişli olmadığı üçün bu benzindən istifadə etmir.
Digər ölkələrdə isə Aİ-92 markalı benzinin qiyməti Belarusda 1.13 AZN, Gürcüstanda 1.15 AZN, Ermənistanda 1.19 AZN, Ukraynada 1.44 AZN, Moldovada 1.61 AZN, Almaniyada 2.86 AZN-dir.
Aİ-92 markalı benzindən imtina edən ölkələrdə isə Aİ-95 və Aİ-98 markalı benzinə üstünlük verilir. Bu yanacaq növündə isə qiymətlər 3 yaxud 4 ölkədə Azərbaycanda 2-5 qəpik aşağıdır. Əksər ölkələrdə benzinin bu növünün qiyməti 1,5-3,7 manatdır.
Dizel də Azərbaycanda çox istifadə edilən yanacaqdır. MDB və Avropa ölkələrində ən ucuz dizel Azərbaycandadır. Dizel Rusiyada 1,11 manat, Belarusda 1,19 manat, Gürüstanda 1,21 manat, Ermənistanda isə 1,15 manatdır. Digər Avropa ölkələrində isə dizelin qiyməti 1,5-2,8 manat arası dəyişir. \\BAKU.WS