Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yeni il hədiyyələri ilə koronavirus ötürülə bilərmi?
 

Yeni il bayramlaşmaq, hədiyyələr almaq, paketləmək günləridir.
 
Pandemiya və virus zamanı isə bu hədiyyələr asanlıqla hardasa xəstə adamda olan virusu evdəki digər insane ötürə bilər.
 
 
Rusiyalı həkimlər hansı növ qutu və hədiyyələrlə virusun ötürülə biləcəyini açıqlayıblar. Məsələn, karton qutu və qablaşdırmada virus 1 sutka, plastik və metalda isə 3 sutkaya kimi qala bilər.
 
Əgər sizdən öncə o qutuya viruslu şəxsin əlləri və ağız suyu dəyibsə, hansı ki, bunu siz heç cur aşkar edə bilməyəcəksiz, çox güman ki, o qutu ilə virus hədiyyəni alana keçə bilər.
 
Epidemioloq Olqa Nenastina bildirib ki, yeni il hədiyyə və suvenirləri, qutular asanlıqla virus ötürücüsü ola bilər. Axı şirniyyat paketləri bəzəkli karton qutularda olur.
 
 
Virus və bakteriyalar isti rütubətli şəraitdə, geyim və parçada da asanlıqla yaşayır.
 
Ona görə də mağazalardan hədiyyə və qutular alınarkən maska və əlcəklərdə olmalı, qutunu evə gətirdikdən sonra dezinfeksiya edib, bir müddət açıq havada saxlamalı. Dərhal uşaqlara verilməməlidir.
 
Həmin qutuya toxunan əlcəklər evə gələn kimi atılmalıdır.
 
Yeməli qidalar isti su ilə yuyulmalı, digər hədiyyələr balkonda ən azı 1-2 sutka saxlanıb, sonra yeni sahibinə verilməlidir.
Uşaqlar hədiyyələri ağzına aparmamalı, əllərini hədiyyəyə toxunandan sonra sabunla yumalıdırlar.
 
 
Bir sözlə, nəzərə alın ki, Yeni il günü təkcə insanlar yox, hədiyyələr də virus mənbəyi kimi təhlükəli ola bilər.
Sonra deməyin ki, evdə idim, virus məni hardan tapdı? \\Medicina
Tarix: 24 dekabr 2020
Baxış: 385

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş