Kolizeyin divarına “M” yazdı, həbs olundu
Romada Kolizeyin divarına adının baş hərfini yazan 17 yaşlı bolqar tələbə dünyaca məşhur tarixi və mədəni abidəyə ziyan vurmaqda təqsirləndirilib.Tələbə amfiteatrın daxili divarında “M” hərfini oyarkən hadisəyə şahid olan təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, polisə məlumat verilib.
Kolizeyin divarları üzərində yazı yazmaq tez-tez müşahidə olunan hadisədir. Bununla yanaşı, turistlərin suvenir kimi binanın kərpicini və digər parçalarını götürməyə cəhd etməsinə də rast gəlinir.\\Yenicag.az
Tarix: 01 may 2019
Baxış: 583
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş