Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Erməni əsgər: “Biz mühasirəyə düşdük, komandirimiz orada yox idi”

Ermənistan ordusunun müharibə zamanı başıpozuqluğuna dair daha bir fakt üzə çıxıb.
İkinci Qarabağ müharibəsinin iştirakçılarından olmuş, Azərbaycan ordusunun mühasirəsindən sağ çıxa bilmiş David Katanyan jurnalistlərə açıqlama verib:
“Bizim komandirimiz vardı, bizə hara getməli olduğumuzu demirdi. Nəticədə biz mühasirəyə düşdük. Dəstədə 12 nəfər idik, komandirimiz orada yox idi. Geri çəkilmək əmri də yox idi, bir təhər o mühasirədən çıxdıq. Təpənin üstündə hansısa generalın komandanı olduğu bir erməni bölməsi vardı. Onlardan kömək istədik, amma bunu ala bilmədik”.
David Katanyan onu da bildirib ki, müharibədən sonra onun qardaşı və üç dostundan xəbər yoxdur. Onlar sonuncu dəfə bir-birlərini Mehridə görüblər.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi müharibə zamanı öldürülmüş hərbçilər barədə məlumatları gizlədir. Bu isə erməni valideynlərin aksiyalar keçirməsinə səbəb olub.\\Virtualaz.org
 
Tarix: 01 dekabr 2020
Baxış: 404

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş