Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Makron özündən 24 yaş böyük qadınla niyə evləndi? – ŞOK DETALLAR

Makron 15 yaşında özündən 24 yaş böyük Bricitə vurulanda atası Jan Mişel qışqırıb: “Heç olmasa imkan verin, uşaq həddi-buluğa çatsın. Ayıb olsun sizə”.
Bricit isə deyib ki, “bu bizim seçimdir”. Məsələyə Makronun nənəsi Manett qarışıb. O da Bricit kimi müəllimə olmuşdu. Hər halda pedaqoq pedaqoqu anlayardı: “Uşağa yazığınız gəlsin. Sizin əriniz və 3 uşağınız var. Onun ağlı kəsmir, siz ki, böyüksüz”.
Bricit yenə deyib ki, “biz ayrılmayacağıq”. Valideynlər anlayıb ki, Emmanueli paytaxta – kollecə göndərmək lazımdır. Makron Parisə oxumağa gedib. Bricitin “La Monde” qəzetinə müsahibəsindən: “O Parisə təhsil almağa gedərkən dedi ki, “Bricit, nə edirsən et, mən səninlə evlənəcəyəm”. O gedəndən sonra düşündüm ki, sevgi bitdi. Ancaq Makron hər gün mənə zəng edir və saatlarla danışardıq”. 
Onların tanışlığı dram dərnəyindən başlayıb. Bricit onun fransız dili və ədəbiyyatı müəlliməsi olsa da, dram dərnəyində şagirdlərlə məşq də edərmiş. Dramaturq Jan Tardyonun pyesindəki rol Emmanueli ele ovsunlayıb ki…
Ancaq çox sonralar bilinəcəkdi ki, onu ovsunlayan özündən 24 yaş böyük Bricit olub. Bricit ona əlavə dərs keçər və bu gizli sevgi görüşü xarakteri daşıyarmış. Saatlarla davam edən görüşlər gənc Emmanuelə ilk sevgini qazandırıb. Bricit yeniyetməlik yaşına çatmayan oğlanı yoldan çıxarıb.
Emmanuel Parisdə – IV Henri kollecində təhsil alarkən Bricit ərinə “orada təhsil kursum var” tipli uydurmalarla yaşadıqları Amyen şəhərindən gedər və günlərlə qayıtmazmış. Bankir əri arvadının tez-tez Parisə getməsindən şübhələnib. Məlum olub ki, arvadı gənc oğlana ərə gedəcək. Həmin gün Andre Lui qızlarını başına toplayaraq analarının əməlinin yolverilməz olduğunu bildirərək evdən həmişəlik çıxıb getməsini əsaslandırıb, yalnız 2006-cı ildə boşanmaq haqqında ərizəni məhkəməyə təqdim edib. Qızları özlərini təəccüblənmiş kimi göstərib “yazıq atamız, biz səni anlayırıq” desələr də, əslində məsələni çoxdan bilirmişlər.
Tədbirli ana bankir ərindən fərqli olaraq öz tədbirini görmüş, qızlarına gizli sevgisini danışmışdı. Bricitin Emmanuellə bir sinifdə təhsil alan qızı anasına xeyir-dua verib ki, bu bir sevgidir, yolun açıq olsun.
Bricit və Emmanuel sanki dünyanın acığına evləndilər. Ancaq bu doğrudanmı sevgidir? Məncə, burda tamam başqa nəsnə hökm sürür. Xüsusilə, vacib ölkələrdə prezident seçilən kişilərə həyat yoldaşları nəzarətçi formasında təhkim olunur. Onlar ərlərinin hər hansı vacib addım atacağını əvvəldən lazımı yerlərə məlumat verirlər. Bəzən əvvəldən hazırlanan rəhbərlərə Bricit kimi qadınlar lazımlıdır. Həyatı və hakimiyyət üsuli-idarəsindəki siyasi zənciri anlatsın.
Necə ola bilər ki, BMT-nin beş daimi üzvündən biri olan Fransanın prezidenti təsadüfi şəxs seçilsin? Ola bilməz, bu mümkünsüzdür. Belə ölkələrin prezidentləri əvvəldən hazırlanır, siyasi karyera yolunda əvvəldən qurulan sxem əsasında trayektoriya cızılır. Sizin fikrinizcə, Avropa üçün daim kabus kimi dolanacaq Almaniyanın kansleri təsadüfən, xalqın istəyi və demokratik əsaslarla seçilə bilərmi? Bu ağlasığmazdır, bu mümkünsüzdür. Konteksdən çıxıb onu deyim ki, Almaniyaya kansler seçilən şəxs ABŞ qarşısında öhdəlik götürür. Adını xatırlamıram – bunu Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbərindən biri ölümündən əvvəl etiraf etmişdi.
Beləliklə, məhz Bricit onun ilk müəlliməsi və siyasi bilicisi seçilmişdi. Yox bir, dəli-divanə olublar. Elə Rotşild bankında sədr müavini və sonralar ölkənin maliyyə naziri olması da, həmin siyasi hakimiyyət zəncirinin halqasıdır. Tutdunuz da, Rotşild nəslinin bankında. Makron bir alətdir. Bricitin də, elə onu bu posta hazırlayanların da əlində. Az qala unutmuşdum. Yadınıza gəlirsə, Turqut Özalın həyat yoldaşının məlum derjava tərəfindən ona nəzarətçi qoyulması barədə sözlər gəzirdi. Qəfildən xatırladım. Görəsən, Saakaşvili ilə Sandra necədir, payız fəslini doya-doya yaşaya bilirlərmi?
Yaddaşsızlığa görə məni qınamayın. Bir məsələ də yadıma düşdü. Bricitin nəsli şirniyyatçı olub. 19-cu əsrdə sadə fransızlar həmin nəslin istehsal etdiyi makaron formalı şokoladı çox sevərmişlər. Makron və makaron. Bricitin gələcək Makaronu. Yox, bəxt-qismət amili deyil. Təsadüfdir.
Azər Qismət
Tarix: 27 noyabr 2020
Baxış: 621

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş