Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Rus sülhməramlıların komandanı general Muradov barədə - MARAQLI FAKTLAR
                                 
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat sənədinə əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti 1 960 hərbçi, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacaq.

GEnder.az BAKU.WS-a istinadla  xəbər verir ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovdur.


Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran bölgəsinin Xanak kəndindəndir. Kazan Suvorov hərbi məktəbinin məzunudur. Daha sonra Novoçerkasskdakı kursantlar məktəbini bitirib. 1990-cı ildən bəri hərbi xidmətdədir. Fərqlənmə ilə S.M.Kirov adına Leninqrad Ali Birləşdirilmiş Silah Komandanlığı Məktəbini (1995), Birləşdirilmiş Silahlar Akademiyasını və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2015) bitirib.


25 dekabr 2018-ci ildən 9 saylı Cənub Hərbi Dairə Komandirinin müavini olan general-leytenant Rusiya Federasiyasının Qəhrəmanı adını da qazanıb.


General Muradov hər iki Çeçen müharibəsində iştirak edib. 1996-cı ildə Verxniy Çentoroy kəndi və 2000-ci ildə isə general-mayor Vladimir Şamanovun rəhbərliyi altında Aslan Masxadovun Datoi şəhərindəki qərargahının ələ keçirilməsi əməliyyatlarında iştirak edib. Buna görə İki Cəsarət ordeni ilə mükafatlandırılıb.


Rusiya Ordusunun generalı 2016-cı ildə Donbasdakı atəşkəs məsələlərinə nəzarət və koordinasiya və demarkasiya xəttinin sabitləşdirilməsi mərkəzində Moskvanın nümayəndəsi olub. Muradov 5 mart 2016-cı il tarixində Yasinovataya qəsəbəsi yaxınlığında təxminən 20 dəqiqə ərzində RPG, zenit silahları, ağır pulemyotlardan 4 əl atəşə tutulub.


2017-ci ildə Suriyada hərbi məsləhətçi təyin olunub. İki həftə ərzində Rüstəm Muradovun komandirliyindəki dəstələr Əs-Suxnedən Deyr-əz-Zora yola çıxaraq düşmənin sərt müdafiə xəttini keçib. Gündə 15-20 km, bəzi günlərdə isə 30 km-ə qədər məsafə qət ediblər. Deyr-əz-Zor istiqamətində uğurlu əməliyyatdan sonra 7-ci hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.

                               
Tarix: 13 noyabr 2020
Baxış: 500

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş