Deputat “Anna Akopyanı əsir götürsəydi, ona hansı sualı verərdiniz" sualına CAVAB VERDİ
İlk öncə bir neçə il öncə onun zabit kimi cəbhə bölgələrindən birində xidmət keçdiyini xatırladaraq "yenidən hərbi forma geyinsəydiniz və istiqaməti özünüz seçəsi olsaydınız hansı bölgədə döyüşmək istərdiniz" sualına cavab istəmişik.
Milli Məclisin deputatı Fazil Mustafa cavabında bildirib ki, daha çox Tərtər istiqamətindəki mövqelərə bələddir və məmnuniyyətlə zabit kimi, tağım komandiri olaraq döyüşə qatılardı.
"Təsadüfən komandiri olduğunuz tağım işğalçı ölkənin baş nazirinin xanımı Anna Akopyanı əsir götürsəydi, ona hansı sualı verərdiniz" sualına isə "Bizim işimiz döyüşmək olardı, əsirlərə sualı başqa qurumlar verirlər" cavabı ilə kifayətlənib.\\Moderator
Tarix: 04 noyabr 2020
Baxış: 450
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş