İnsanın doğulduğu ayın sağlamlığa təsiri – Kimlər daha çox yaşayır?
Alimlər insanın doğulduğu ayla onun sağlamlığı və sürəcəyi ömür araslnda bioloji qanunauyğunluğu araşdırıb.
Bu əlaqənin elmi izahı var.
Araşdırmalar göstərib ki, uzun ömürlülər içərisində ən çox pay payızda doğulanlardır, ən az isə yazda. Yazda doğulanların səhhətində də problemlər çox olur.
Bu onunla izah olunur ki, yay və payız aylarına düşən hamiləlik zamanı ana daha çox vitaminli qidalarla qidalanır, bol günəş enerjisi alıb və əhvalı yaxşı olub. Qış və yaza doğru sürən hamiləlik isə bir çox faydalardan uzaq qaldığı üçün bu uşağın sağlamlığına təsir edir.
Yazda doğulanlarda allergik reaksiyalar da çox olur. Payızda isə bu risk azdır. Payız və yayda doğulanlar zehni baxımdan da öndə gedir.
Eləcə də ömrün müddətinə genlər və insanın xarakteri də təsir edir. Optimistlər daha çox yaşayır. Qışda və yazda doğulanlar bir qədər pessimist və depressiv olurlar. \\Medicina.az
Tarix: 27 oktyabr 2020
Baxış: 386
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş