Qan satmaq üçün qəsdən koronavirusa yoluxurlar - Ölkə şokdadır
ABŞ-da kasıb insanların koronavirusa bilərəkdən tutulduqları ortaya çıxıb.
Sfera.az "The Guardian"a istinadən xəbər verir ki, ölkədəki gənclərin plazma donoru olub pul qazanmaq üçün qəsdən koronavirusa yoluxduğu bildirilir.
Əsasən də universitet tələbələri pul qazanmağın rahat yolunu koronavirusa yoluxmaqda görürlər.
Onlar xəstəlikdən sağaldıqdan sonra öz antikorlarını satıb pul qazanırlar.
Qeyd edək ki, ABŞ-dakı qan mərkəzləri COVİD-19-dan sağalan plazma donorlarına təxminən 200 dollar pul ödəyir.
Tarix: 23 oktyabr 2020
Baxış: 421
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş