Paşinyan: “Azərbaycan bizdən tələb etdi ki, əvvəlcə 5 rayon…”
“Bakı bizdən 7 rayondan 5-ni qaytarmağı, qalan rayonların qaytarılması qrafikini təqdim etməyi və Qarabağın istənilən statusunun Azərbaycanın tərkibində qeydə alınmasını tələb etdi”.
“Sputnik-Ermənistan”ın məlumatına görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.
O, Azərbaycanın sülh üçün ərazilərin qaytarılmasını tələb etdiyini qeyd edib.
“Bizim hakimiyyət məsələnin bu şəkildə müzakirəsindən imtina etdi”, – deyə N.Paşinyan bildirib.
Tarix: 14 oktyabr 2020
Baxış: 540
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş