Xəbər lenti
Reklam
"Həyat məni çox yıxdı, bəzən hər şeyi atıb getmək istəyirsən..." - Vüsalə AĞLADI

Ötən gün aparıcı Vüsalə Əlizadənin doğum günü idi.
Aparıcı özəl gününü aparıcısı olduğu verilişdə qeyd edib. Vüsaləyə ən böyük sürprizi qızı Dilək edib. O, əlində gül dəstəsi ilə studiyaya gələrək anasını təbrik edib.
Təbrik zamanı kövrələn aparıcı həyatından bəhs edərək duyğusal fikirlər səsləndirib:
"Həyat məni çox yıxdı. Bir həyat, bir də mən var idim. Ayağımın qanını, acısını silib yoluma davam etdim. Həyat mənə qaçmağı, möhkəm dayanmağı, mübarizə aparmağı öyrətdi. Bizim ən böyük düşmənimiz həyatın özüdür. Bizi sevindirən də, yıxan da, vuran da odur. Bəzən hər şeyi atıb getmək istəyirsən. Amma səhər oyananda özünə deyirsən ki, davam edəcəyəm".\\BİG.Az

Tarix: 11 iyul 2026
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş