Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bu payızın dəbi və rəngləri – Modelyerdən açıqlama
                                                                                      
Artıq payız fəslinə qədəm qoymuşuq. Hər fəslin xarakterik xüsusiyyətləri olduğu kimi fərqli trend, geyim üslubları da var.

Maraqlıdır, bu il payız fəslinin trendləri, dəbdə olan rəngləri hansılardır?

Mövsümün dəbi barədə modelyer Günay Mirzə Sfera.az-a danışıb:

"Bu mövsüm trenddə dəri məhsullar olacaq. Bu təkcə geyimlərdə yox akseusarlarda, çanta və ayaqqabılarda da öz əksinii tapmış olacaq. Üst geyimlərində, eləcə də koftalarda həcmli qollar bu payız dəbdədir. Keçən il olduğu kimi bu fəsil də saçaqlar dəb halını alacaq. Əsasən güllü və dama-dama parçalar bu payız seviləndir.

Şüş yaxalıqların gödəkçə altından görünməsi bu mövsümün trenddir. Bundan əlavə toxunma paltarlar dəbdə olacaq. Bura böyük ölçülü kardiqanlar, koftalar və.s aiddir. Rənglərə gəlincə isə şərab rəngi, sarı, tünd yaşıl, bənövşəyi, çəhrayı kimi rənglər dəbdədir.

Aksesuar kimi bantikllər geyimlər və ayaqqabılar üzərində dəbdədir. Zəncirlər həm boyunbağı kimi həm də geyim və ayaqqabılarda çox dəbdə olacaq. Böyük ölçülü əlcəklər də bu mövsüm çox istifadə ediləcək.

Kvadrat formalı klassik və kobud ayaqqabılar bu payız dəbdədir. Müxtəlif formalı şarflar həm boyunda həm saçda istifadə ediləcək”.
Tarix: 24 sentyabr 2020
Baxış: 392

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş