Anar Bayramov onu departament rəhbəri təyin etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.
Gender.az Qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub. Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib.
Tarix: 03 iyul 2026
Baxış: 30
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş