Bu itlər koronavirusa yoluxub-yoluxmadığımızı bilir – Onları aeroportda işə götürdülər
Helsinki hava limanını idarə edən şirkətin verdiyi məlumata görə, hava limanında itlərdən ibarət xüsusi dəstə işə başlayıb.
RİA. Novosti xəbər verir ki, onlar sərnişinləri qoxulamaqla onların koronavirus infeksiyasına yoluxub yoluxmadığını müəyyən edəcəklər.
“COVID-19-u aşkarlayan itlər Helsinki hava limanının 2B ziyatətçi zalında işə başlayıblar.
Həmin İtlərə test salfetlərinin köməyi ilə koronavirusu aşkar etmək üçün təlim keçiblər. Test salfetləri sınaqdan keçməyə razı olan sərnişinlərə verilir. İştirak könüllüdür və ilk növbədə xaricdən gələn sərnişinlər üçün nəzərddə tutulub. “, -deyə məlumatda bildirilir.
Test zamanı heç bir şəxsi məlumat toplanılmır. Test sınağı müsbət nəticə verən şəxs növbəti təlimatlar almaq üçün sağlamlıq məlumat mərkəzinə göndərilir. Sözügedən eksperiment 4 ay davam edəcək.
Bundan əvvəl Finlyandiya aeroportlarından birində itlərin köməyilə sərnişinlərin sidiyində koronavirus infeksiyasının aşkarlanması üzrə analoji təcrübələr aparılmışdı.
Cari ilin avqust ayında Dubay aeroportunda da da buna bənzər eksperimentin aparıldığı haqda məlumat verilmişdi.
Həmçininaz az əvvəl Rusiya “Aeroflot”unda da aylardır şalayka cinsindən olan itlərə təlim keçildiyi haqda məlumat verilmişdi. Baza nəşri “Rospotrebnadzor”dakı (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) mənbəyə istinadla bildirmişdi ki, təcrübələr “Xidməti istifadə üçün” qrifi altında keçirilir, şirkət bu haqda rəsmi məlumat verməyib. (sfera)
Tarix: 24 sentyabr 2020
Baxış: 360
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş