Xəbər lenti
Reklam
Əməkdar artist itini axtarır

Əməkdar artist Münəvvər Əliyeva itini itirib.
Gender.az xəbər verir ki, bu barədə o, "Instagram"da paylaşım edib.
M.Əliyeva itinin iyunun 23-də Bilgəh tərəfdə itdiyini qeyd edib.
“Şəkildə gördüyünüz, uzun illərdir bəslədiyim və ailəmin bir üzvü kimi sevdiyim itim itib. Xahiş edirəm bu elanı mümkün qədər çox paylaşın və ətrafınızdakı insanlara çatdırın.
Onu sadəcə bir heyvan kimi deyil, övladım kimi sevirəm. Onsuz həyatımı təsəvvür etmək mənim üçün çox çətindir. Onun tapılması üçün bütün heyvansevərlərin dəstəyinə ehtiyacım var. Görən və ya hər hansı məlumatı olan şəxslərdən mənimlə əlaqə saxlamalarını xahiş edirəm. Öncədən hər kəsə təşəkkür edirəmə”.
Tarix: 24 iyun 2026
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş