Avropada anomal isti xəbərdarlığı EDİLDİ
Böyük Britaniya ilə İrlandiyada başlayan anomal istilər Avropada ciddi narahatlıq yaradıb.
Gender.Az xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatı məlumat yayıb.
Qurum qlobal istiləşməni stimullaşdıran “El Nino” iqlim hadisəsinin yaxınlaşması ilə bağlı xəbərdarlıq edib.
İlkin məlumatlara görə, təkcə Böyük Britaniyada anomal istilərin pik nöqtəyə çatdığı həftəsonu ən azı 250 ölüm faktı qeydə alınıb. Ölüm hallarının yüksək olmasının əsas səbəbi kimi istilərin qəfil düşməsi və insanların hələlik buna uyğun davranışlara adaptasiya ola bilməməsi göstərilir.
Qeyd olunur ki, əsas böyük sınağın Şimali Avropada yaşanacağı gözlənilir. Bu mənada, Böyük Britaniya, İsveç və Norveç kimi ölkələrin qəfil istilərə tamamilə hazırlıqsız olduğu vurğulanıb.
Tarix: 03 iyun 2026
Baxış: 23
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş