Redaktor seçimi
    Bakıda icra başçıları bayram günü işə çağırıldı - Paytaxtda vəziyyət necədir?
Xəbər lenti
Reklam
Almaniyada gənclər ölkəni tərk etmək istəyir - Rəqəmlər açıqlandı

Almaniyada gənclər ölkəni tərk etmək istəyir.
Konstanz Universiteti tərəfindən 2020-ci ildən bəri aparılan tədqiqatın nəticələri açıqlanıb.
"Almaniyada Gənclər 2026" tədqiqatı ölkədəki gənclərin getdikcə daha çox stress keçirdiyini və gələcəkləri ilə bağlı qeyri-müəyyənlik hiss etdiklərini göstərir.
Bu ilin 9 yanvar - 9 fevral tarixləri arasında 14-29 yaş arası 2012 gəncin iştirakı ilə aparılan araşdırma göstərir ki, hər il daha çox gənc ölkəni tərk etməyi düşünür.
Tədqiqata görə, iştirakçıların 21%-i (hər 5 gəncdən biri) daha yaxşı yaşayış şəraiti üçün xaricə köçməyi planlaşdırdıqlarını, 41%-i isə prinsipcə mühacirət etməyi düşünə biləcəklərini bildirib.
Qeyd edilib ki, peşə təhsili universitet təhsili ilə müqayisədə gənclər üçün daha cəlbedici hala gəlib.
Tədqiqat həmçinin gənclər arasında psixoloji stressin "bütün zamanların ən yüksək həddi"nə çatdığını da ortaya çıxarıb. \\Ölkə.Az
Tarix: 28 mart 2026
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş