Yeni avtomobil nömrələri belə olacaq 
Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətbiqi nəzərdə tutulmur.
Gender.az oxu.az-a istinadən xəbər verr ki, çiplər vaxtilə nəqliyyat vasitələrinə dair məlumatların elektron qaydada ötürülməsi və identifikasiyası məqsədilə nəzərdə tutulsa da, Mərkəzi İnformasiya Sisteminin yenilənməsi, eləcə də müasir radar, kamera və nömrə tanıma sistemlərinin təkmilləşdirilməsi nəticəsində bu funksionallıq artıq daha səmərəli və müasir texnoloji üsullarla həyata keçirildiyindən çiplərin tətbiqinə zərurət qalmayıb.
Hazırda təqdim edilən dövlət qeydiyyat nişanları bütün texniki, təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.
Qeyd edək ki, bu yenilik yalnız yeni verilən dövlət qeydiyyat nişanlarına aiddir və mövcud nömrə nişanlarının dəyişdirilməsinə ehtiyac yoxdur.
   
  Tarix:  31 oktyabr 2025  
 Baxış: 28 
  
 
                Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
        
    
                Bizi izləyin:
                
İnstagram: Gender
                Facebook: Gender
                             
							
							
							
 
  
  	Xəbəri paylaş