Xəbər lenti
Reklam
“Hyundai” və “Kia” 600 minə yaxın avtomobili GERİ ÇAĞIRDI

“Hyundai” və “Kia” avtomobil şirkətləri ABŞ-da 600 minə yaxın avtomobili geri çağırıb.
Bu qərar əyləc mayesinin sızması ilə əlaqədardır. Qeyd olunur ki, bu qüsur nəticəsində avtomobildə qısaqapanma ola və mühərrik hissəsində yanğın baş verə bilər.
Geri çağırılma 2013-15-ci illərdə istehsal olunmuş 440 min “Kia Optima” və “Kia Sorento”, eləcə də 151 min “Hyundai Santa Fe” modellərinə şamil olunur. Avtomobil sahiblərinə təmirədək həmin avtomobilləri sürməmək tövsiyə edilib.
Bu günədək həmin qüsurlarla əlaqədar 15 “Hyundai” və 8 “Kia” avtomobilində yanğın qeydə alınıb. \\Teleqraf
Tarix: 07 sentyabr 2020
Baxış: 372

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş