Rusiyada bu bayramı qeyd edənlər həbs oluna bilər
Rusiyada İvan Kupala gününün qeyd edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Bu barədə Rus Pravoslav Kilsəsinin nümayəndəsi Vitaliy Rıbakov bildirib.
O hesab edir ki, bu bayramın rus dövlətçiliyinin kökləri ilə heç bir əlaqəsi yoxdur.
Rıbakovun fikrincə, bayram qadağan edilməli, bu məsələ qanunvericilik səviyyəsində işlənməli və bayramı təbliğ edənlər məsuliyyətə cəlb olunmalıdılar.
Qeyd edək ki, İvan Kupala şərqi Slavyan xalqları arasında yayılmış ənənəvi bayramıdır. Bu bayram iyulun 6-dan 7-nə keçən gecə qeyd olunur və əsasən, təbiətə, suya, oda və bitkilərə həsr olunub.\\Bakupost.az
Tarix: 08 iyul 2025
Baxış: 31
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş