
Yanacaq xərcləri, xüsusilə neft və yanacağın qiymətinin artdığı indiki dövrdə, bir çox ev təsərrüfatları üçün büdcənin əsas maddələrindən birinə çevrilib.
Belə şəraitdə gündəlik yanacaq sərfiyyatını azaltmağın yollarını bilmək həm maliyyə baxımından qənaət, həm də ətraf mühitin qorunması baxımından son dərəcə vacibdir.
Gender.az xəbər verir ki, pravda.ru-nun avtomobil ekspertləri yanacaq sərfini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək faydalı və praktik məsləhətləri bölüşüblər. Onları təqdim edirik:
Müntəzəm texniki baxışMühərrikin düzgün sazlanması, yağ səviyyəsinin yoxlanması və hava filtrinin təmizlənməsi yanacaq sərfiyyatını azaldır.
Sürətin azaldılmasıMəsələn, magistralda 130 km/saat əvəzinə 120 km/saatla hərəkət etmək yanacaq sərfini 100 kilometrə 3.5-4.5 litrə azalda bilər.
Sakit və planlı sürməKəskin sürətlənmə və qəfil dayanma yanacaq sərfini artırır.
Mümkün olduqca mühərriki söndürüb və kruiz-kontrol istifadə etmək tövsiyə olunur.
Təkərlərin təzyiqinə nəzarətAşağıtəzyiqli təkərlər mühərriki daha çox işləməyə məcbur edir.
Təzyiqi hər 2 ayda bir yoxlamaq lazımdır.
Kondisionerin az istifadəsiKondisioner yanacaq sərfini 10%-dək artırır.
Əvvəl pəncərələri açıb havanı dəyişmək, sonra cihazı işə salmaq tövsiyə olunur.
Əlavə avadanlıqdan imtinaDam baqajı və digər aksesuarlar aerodinamik müqaviməti artıraraq yanacaq sərfini yüksəldir.
Şəhərdaxili ağıllı sürməQəfil dayanmalar və tıxaclardan qaçmaq üçün hərəkəti qabaqcadan planlaşdırmaq faydalı ola bilər.