Belçika klubu Toral Bayramov üçün rəsmi təklif göndərib?

Belçika mətbuatında yayılan xəbərlərə görə, "Lieqe Standard" klubu "Qarabağ"ın futbolçusu
Toral Bayramovla maraqlanır.Mövzu ilə bağlı
Oxu.Az-ın soruğusunu cavablandıran "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev bildirib ki, qarşı tərəf heç bir rəsmi təklif göndərməyib.
Belçikanın "VoetbalPrimeur.be" saytı isə yeni idman direktoru Mark Vilmots vəzifəsinin icrasına yeni başlasa da, komandasının Bayramova bu yay təklif göndərəcəyini bildirib.
Qeyd edək ki, Toral Bayramov bu mövsüm "Qarabağ" forması ilə 51 oyunda meydana çıxıb, 10 qol, doqquz məhsuldar ötürmə ilə yadda qalıb.
Tarix: 10 iyun 2025
Baxış: 36
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş