Mbappe və Ronaldu "Qızıl top"a favoritlərini AÇIQLADILAR

Fransa və "Real Madrid"in hücumçusu Kilian Mbappe bu mövsüm "Qızıl top" mükafatını qazanmağa ən çox layiq olan oyunçunun adını çəkib.
Gender.az xəbər verir ki, "Yamal və Dembele arasında seçim ediriksə, mən Dembeleni seçirəm. Bu, tamamilə aydındır", - deyə fransalı hücumçu bildirib.
Öz növbəsində portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu da öz namizədini açıqlayıb:
"Məncə, "Qızıl top" meydançada fərqlənən və Çempionlar Liqasını qazanan oyunçuya verilməlidir. Fərdi mükafatlara o qədər də əhəmiyyət vermirəm, çünki onların arxasında nə olduğunu bilirəm. Bununla belə, Yamalın şansı var, amma açıq-aşkar favorit yoxdur".
Tarix: 07 iyun 2025
Baxış: 30
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş