Rusiya ukraynalı hərbçilərin meyitlərinin repatriasiyası və əsir mübadiləsi üzrə humanitar aksiyasının başladığını elan edib

Rusiya 6 mindən çox ukraynalı hərbçinin meyitinin repatriasiyası və əsirlərin mübadiləsi üzrə genişmiqyaslı humanitar aksiyaya başlayıb.
Gender.az xəbər verir ki, bu barədə Rusiyanın danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin məlumat verib.
Onun sözlərinə görə, hazırda repatriasiya ediləcək hərbçilərin meyitlərinin ilk partiyası ilə kolonna mübadilə rayonuna çatıb.
"Kolonnada 1 212 meyit var. Yaxın vaxtlarda daha üç eşelon göndərilməyə hazırlanır, hər birində 1 200 meyit var. Bir avtomobil eşelonu da var ki, onda da 1 200 meyit olacaq.
Ümumi say 6 000-dən çoxdur", - o bildirib.
Tarix: 07 iyun 2025
Baxış: 34
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş