"Qalatasaray" İngiltərə nəhənginin ulduzu üçün rəsmi təklif göndərib

"Qalatasaray" "Mançester Yunayted"in oyunçusu Ceydon Sançonu transfer etmək istəyir.
Gender.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı ingilis icarə əsasında formasını geyindiyi "Çelsi"dən "Mançester Yunayted"ə qayıdacaq, lakin Mançesterdə oynamayacaq.
Türkiyə nəhəngi isə bu səbəbdən Sanço üçün ilk rəsmi təklifini də göndərib.
Qeyd edək ki, Sanço ötən ilin yayından icarə əsasında "Çelsi"nin şərəfini qoruyur. O, başa çatan mövsümdə London klubunun heyətində 41 oyuna çıxıb, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 28 milyon avro qiymətləndirir.
Tarix: 05 iyun 2025
Baxış: 38
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş