Redaktor seçimi
    Dünyanın gözlədiyi tarix: siyahıda ölkəmiz də olacaq? – İLK
Xəbər lenti
Reklam
Rusiyada emosional tükənmiş insanlara məzuniyyət verilə bilər

"Rusiyada emosional tükənmiş insanlar üçün əlavə ödənişli məzuniyyət tətbiq edilməlidir".

Gender.az xəbər verir ki, bu təkliflə Müasir Siyasət Problemlərinin Tədqiqi İnstitutunun direktoru Anton Orlov çıxış edib.

Ekspert qeyd edib ki, emosional tükənmişlik hələ 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən xəstəlik kimi tanınıb. Həmin vaxt

ÜST tükənmişliyi Xəstəliklərin Beynəlxalq Təsnifatına (ICD-11 - International Classification of Diseases) daxil edib.

Həkimlərin fikrincə, bu xəstəliyin əlamətləri daimi yorğunluq hissi, aşağı konsentrasiya (diqqətin azalması), əsəbilik, həmçinin özünü işə həvəsləndirmək qabiliyyətinin azalmasıdır.

"Bu vəziyyətə laqeyd yanaşılsa, iş və istirahət arasında tarazlıq operativ şəkildə əldə edilməsə, emosional tükənmə daha da pisləşə bilər və depressiv epizodların təzahürü də daxil olmaqla, digər mənfi psixi və fiziki nəticələrə səbəb ola bilər", - deyə Orlov vurğulayıb.

Onun sözlərinə görə, elə ixtisaslar var ki, obyektiv olaraq insanın üzərinə daha böyük yük düşür. Bu yolla da işçidə emosional tükənmə hissinin yaranması təşviq edilir.

Risk qrupuna reanimatoloqlar, hospis və qocalar evinin işçiləri, uşaqlara xüsusi tibbi yardım həkimləri və bəzi İT mütəxəssisləri daxildir.

Orlov qeyd edib ki, tükənmişlik səhiyyə müəssisələrində test üsulları ilə müəyyən edilə bilər.
Tarix: 04 iyun 2025
Baxış: 43

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş