Redaktor seçimi
    Dünyanın gözlədiyi tarix: siyahıda ölkəmiz də olacaq? – İLK
Xəbər lenti
Reklam
Fransada 14 yaşlı futbolçu oyun zamanı toqquşma səbəbindən həyatını itirib
Fransanın Bordo şəhərində 14 yaşlı futbolçu turnirdə aldığı ağır zədə səbəbindən həyatını itirib.

Gender.az xəbər verir ki, yeniyetmə iyunun 1-də keçirilmiş oyun zamanı rəqiblə toqquşma nəticəsində huşunu itirib.

Komaya düşən oyunçu təcili universitet hospitalına yerləşdirilib. İlann adlı müdafiəçi sinəsindəki ağrılardan şikayətlənib.

Həkimlər onun həyatını xilas etməyə çalışıblar. Onlar qaraciyərin qanaxmasının qarşısını almaq üçün bir neçə əməliyyat ediblər. Lakin futbolçunu ölümdən xilas etmək mümkün olmayıb.

Klub akademiyanın bütün məşqlərini təxirə salıb və İlannın komanda yoldaşlarına psixoloji dəstək olmağa çalışıb.
Tarix: 04 iyun 2025
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş