Kəramət Böyükçöldən Aqil Abbasa cavab: “Oğlunuz, qızınız vəzifədə, ev-eşik, maşınlar…”
“Aqil Abbas müsahibəsində deyir ki, Kəramətin yazıları sosial şəbəkə qəhrəmanlığına hesablanıb və bu qəhrəmanlığın da ömrü uzağı 10 gün çəkir. Bunlar elə danışır ki, guya özləri dünya şedevrləri yaradıblar, ədəbiyyat tarixinə möhür vurublar, indi də gəncləri bəyənmirlər”.
Bunu yazıçı Kəramət Böyükçöl deyib.
“Adama deyərlər, özünüz nə yazmısınız? Mənə 10 günün qəhrəmanı deyirsən, bircə gün də sən qəhrəman ol da, bircə gün də Anar, Fikrət Qoca qəhrəman olsun da. Hamınızın oğlu vəzifədə, qızı vəzifədə, ev-eşik, maşınlar, ən bahalı içkiləri içir, ən bahalı geyimləri geyinir, dilinizi soxub qarnınıza kef edirsiniz, bizimsə əlimizdə bircə sosial şəbəkə var, adamların sevgisi, rəğbəti var, istəyirsiniz ki, o da sizin olsun. Vallah, imkanınız olsa cavan ömrümüzü də əlimizdən alıb özünüz yaşayarsınız” – K.Böyükçöl qeyd edib. \\Pravda