Redaktor seçimi
    Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı OLDU
Xəbər lenti
Reklam
Papanın üzüyü çəkiclə sındırılacaq - Səbəb bu imiş

Ötən gün vəfat edən Roma Papası Fransiskin üzüyü çəkiclə sındırılacaq.
Bu haqda “Metro” yazır.
Məlumata görə, üzük xüsusi mərasim zamanı məhv ediləcək. Bu ona görə edilir ki, üzük ənənəvi olaraq məktubları mumla möhürləmək və pontifik sənədlərinə rəsmi möhür qoymaq üçün istifadə olunurdu. Beləliklə onun məhv edilməsi saxtakarlığın qarşısının alınmasına zəmanət verir. Balıqçı üzüyü kimi də tanınan bu zinət əşyası hər bir Papaya xasdır və onu köçürmək və ya çoxaltmaq olmaz. Bu üzüklər Roma Zərgərlər Gildiyasının üzvü olan ustalar tərəfindən dizayn edilib və hazırlanıb.
Papa Fransiskin üzüyünün sındırmaq vəzifəsinin Vatikanın ən güclü adamlarından birinə çevrilmiş irlandiyalı fəhlə ailəsindən olan kardinal Kevin Cozef Farrellə həvalə edildiyi bildirilir. Üzük sındırıldıqdan sonra təsbehlə birlikdə mərhumun tabutuna qoyulur.



Tarix: 22 aprel 2025
Baxış: 30

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş