Xalq artistinin oğlu rəis müavini vəzifəsindən ayrıldı
Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən azad edilib.
Gender.Az xəbər verir ki, Sitat.info bu barədə məlumat əldə edib.
Belə ki, mayor rütbəsi daşıyan Tural Adıgözəlov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini vəzifəsində işləyirmiş.
O öz ərizəsi ilə işdən çıxarılıb və səbəbi ilə bağlı isə heç bir məlumat verilməyib.
Tarix: 27 yanvar 2025
Baxış: 30
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş