Redaktor seçimi
    Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Xəbər lenti
Reklam
"Orada heç nə üçün gec deyil, Azərbaycanda bu yaşda həyat bitir"

Amerika öyrətdi ki, heç nə üçün gec deyil. Çünki bir azərbaycanlının başının üzərində yaş xətti olur. 
Bunu tanınmış reper Orxan Zeynallı "Efirdən kənar" verilişinə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hər yaşın özünənməxsus tələbi var.
"Sən həmin xəttə - 20, 25, 30 yaşa çatanda nəsə etməmisənsə, üzərində bir təzyiq olur, depressiya yaranır. Azərbaycanda insanlar üçün 30 yaşda həyat bitir. Bu yaşa kimi nəsə etməmisənsə, bundan sonra heç nə edəsi deyilsən. Amma Amerika onu göstərir ki, sən 47 yaşında qərar verə bilərsən ki, dizayner olmaq istəyirəm, kursa yazılırsan, öyrənirsən, sonra başlayırsan yavaş-yavaş işə getməyə", - Orxan Zeynallı Amerika ilə Azərbaycan arasındakı fərqdən danışarkən deyib. 
Azərbaycanda 50-60 yaşa çatan insanların nəvələri üçün yaşadığını deyən reper bildirib ki, onların öz həyatı olmur: "Amerikada 60 yaşlı insanların getdiyi özünəməxsus məkanlar - kafe, teatr, kinoteatr və s. var. Öz həyatlarını yaşayırlar".
O.Zeynallı həmçinin qeyd edib ki, orada cütlüklər 40 yaşında ayrılırsa, hərəsi yenidən ailə həyatı qura bilir. \\Ölkə.az

Tarix: 21 yanvar 2025
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş