İngiltərədə evləndiyi Aleks Çapman vasitəsilə Britaniya pasportuna sahib olan, lakin vətəni Rusiya üçün casusluq edən Anna Çapman (42 yaş) beş il sonra Nyu-Yorkda ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən həbs edilərək rus casusu olduğu açıqlanmış və bundan sonra fəaliyyətinə son qoyulmuşdu.
Anna Çapman indi öz xatirələrini yazıb.
Rusiyada televiziya aparıcılığı edən Anna Çapman "Bondianna" adlı avtobioqrafik kitabında cazibəsi ilə ingilis lordlarını və ərəb şeyxlərini təsirləndirdiyini, onlardan əldə etdiyi məlumatları Rusiyaya ötürdüyünü bildirib.
Cazibəsi və geniş əlaqələri sayəsində Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) tərəfindən işə götürüldüyünü qeyd edən Çapman "Lordlar və şeyxlər hər görüşdə əlimi öpür, mənə parlaq gələcək vəd edirdilər" deyib.
Lakin Çapman İngiltərədə casus olduğunu bilməyən və özünü "qurbanlarından biri" ilə yaxın görən həyat yoldaşı Aleks Çapmanın intiharına çox kədərləndiyini etiraf edib.
Casusluq fəaliyyətinə görə həbs edilən Çapman Rusiya ilə Britaniya arasında Skripal cinayəti zamanı razılaşma ilə mübadilə edilərək azad olunub. Çapmanın xatirələri isə Rusiya hökumətinin təsdiqi ilə dərc edilib.\\Qaynarinfo.Az