Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 395 min 420 kiloqram heyva satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun satışından 387 min 660 ABŞ dolları gəlir əldə olunub. Satılan heyvanın bir kiloqramının orta qiyməti 98 sent (1 manat 66 qəpik) olub. Bu dövrdə ən bahalı heyva Səudiyyə Ərəbistanına satılıb. Belə ki, bu ölkəyə 1 120 kiloqram heyva satılıb ki, ondan 13 min 310 dollar gəlir əldə olunub. Satılan heyvanın bir kiloqramının orta qiyməti 11,88 dollar (20 manat 20 qəpik) təşkil edib.
Azərbaycandan heyva satılan ölkələr və satılan məhsulun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiz:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları | Bir kiloqram üçün orta qiymət (manatla) |
Çili | 0,39 | 0,35 | 1,52 |
İran İslam Respublikası | 75,75 | 53,03 | 1,19 |
Türkiyə | 37,34 | 26,14 | 1,19 |
Bu dövrdə xarici ölkələrdən Azərbaycana 113 min 480 kiloqram miqdarında, 79 min 510 ABŞ dolları dəyərində heyva gətirilib. İdxal olunan heyvanın bir kiloqramının orta qiyməti 70 sent (1 manat 19 qəpik) olub. Ən bahalı heyva Çilidən alınıb. Belə ki, bu ölkədən alınan heyvanın bir kiloqramı 90 sent (1 manat 53 qəpik) olub.
Azərbaycana heyva gətirilən ölkələr və gətirilən məhsulun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiz:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları | Bir kiloqram üçün orta qiymət (manatla) |
Qazaxıstan | 6,49 | 2,94 | 0,77 |
Rusiya | 366,73 | 358,77 | 1,66 |
Gürcüstan | 21,07 | 12,64 | 1,02 |
Səudiyyə Ərəbistanı | 1,12 | 13,31 | 20,2 |
Valyuta.az |
Əvəz Həsənov
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: