Xəbər lenti
Reklam
Zəfərimizin üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun

İlin 313-cü gününə söz ardı
"İki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır". Quran, 3:13
Bildiyimiz kimi bu gün - noyabrın 8-i ilin 313-cü günüdür. Bu çox böyük hikmətə malik bir gündür.  Buradakı 1 rəqəmi ƏLİF-ə, 3 isə  üzüyuxarı qoyanda LAM-a  işarə olmaqla, ALLAH sözünün riyazi yazılışıdır (bax: Allah sözünün ərəbcə yazılışına). Beləliklə 313 ədədi həm sağdan, həm də soldan oxuduqda Allah sözünün rəqəmsal formasıdır. 
Azərbaycan ordusunun düşmən üzərindəki qələbəsinin  ilin 313-cü gününə düşməsi də təsadüfi deyildir (Quran məntiqinə görə həyatda təsadüf olmur). Bununla Allah  həm zəfərimiz üzərinə rəqəmsal möhürünü vurdu, həm də 3-cü surənin 13-cü ayəsindəki hökmün  Azərbaycan xalqına da şamil olunduğunu təsdiq etdi:
"İki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır".
Elmi-lədun bilgilərimiz göstərir ki, Yer üzündə eyni vaxta ibadətiylə əməlləri biri birini tamamlayan, yaradılışı, Kainatı dərk edən 313 nəfər insan olsa, ALLAH onların xatirinə  Yer üzündə sülhü, əminamanlığı bərqərar edər və Yerə bərəkət yağdırar.....

Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi

Tarix: 08 noyabr 2024
Baxış: 48

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş