Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan baş nazir Nikol Paşinyanın həyat yoldaşına 134 min dollarlıq avtomobilin niyə xidmət göstərdiyi sualına cavab tapa bilməyib.
Gender.Az bu barədə erməni mediasına istinadən bildirir.
Milli Assambleyada jurnalistlər nazirdən soruşublar ki, Anna Akopyana hansı səbəblərə görə LEXUS LX avtomobili xidmət göstərir? Jurnalistlər Serj Sərkisyanın həyat yoldaşına 2012-ci ildə istehsal olunmuş “Toyota Camry” markalı avtomobilin xidmət göstərdiyini xatırladıblar.
İndi Paşinyanın həyat yoldaşına mühafizəçilərin müşayiəti ilə 134 min dollarlıq “Lexus” verilir ki, bu da əlavə xərc tələb edir”,- deyə bildirilib.
Hovhannisyan cavab tapa bilməyib və sualı dövlət təhlükəsizlik xidmətinə ünvanlamağı tövsiyə edib.
“Prioritetin nə olduğuna siyasətçilər özləri qərar verirlər. Hansı səviyyədə xərclərin məqbul, hansının olmadığını deyə bilmərəm”, - deyə nazir bildirib.
Musavat.com