Xəbər lenti
Reklam
200 həkim Trampa elə diaqnoz qoydu ki...

ABŞ-də 200-dən çox psixi sağlamlıq mütəxəssisi açıq məktub dərc edərək, keçmiş prezident Donald Trampda "ağır, sağalmaz şəxsiyyət pozğunluğu" olaraq təyin olunan "bədxassəli narsisizm" əlamətlərinin olduğunu bildirib.
Gender.Az xəbər verir ki, Anti-Psychopath Pac siyasi fəaliyyət komitəsi tərəfindən maliyyələşdirilən elan "New York Times"-da tam səhifədə dərc olunub. Trampın "demokratiya üçün ekzistensial təhlükə" olduğunu vurğulanıb.
Məktubda bildirilib ki, Psixi Bozuklukların Diaqnostik və Statistik Təlimatının (DSM V) diaqnostik meyarlarına əsasən, Tramp “sosial normalara əməl etməmək”, “təkrar yalan danışmaq”, “başqalarının təhlükəsizliyinə etinasızlıq” və “peşman olmamaq” kimi davranış pozğunluqlarına sahibdir. Ekspertlər bu davranışların Trampı “aldadıcı, dağıdıcı, və təhlükəli” etdiyini bildiriblər.
Bu tənqidlər Trampın 2020-ci ilə qədər müşaviri olmuş Kellyanne Konveyin keçmiş əri Corc Konvey tərəfindən idarə olunan Anti-Psixopat Pac tərəfindən təşkil edilib. Corc Konvey də prezidentliyi dövründə Linkoln Layihəsi adlı respublikaçılar qrupu ilə Trampı tənqid edib. Amerika Psixiatriya Dərnəyi birbaşa diaqnozu olmayan insanların psixiatrik qiymətləndirmələrinin qeyri-etik olduğunu bildirən
Qoldoter qaydasına diqqət çəkib. Lakin həkimlər məktubda Trampın "minlərlə saat ərzində müşahidə edilən" davranışının ekspertlər tərəfindən aşkarlana bilən aydın göstəricilər nümayiş etdirdiyini deyir. Məktubda, həmçinin bildirilirdi ki, Trampda koqnitiv geriləmə əlamətləri var:
"O, tam nevroloji müayinədən keçməlidir”. Digər tərəfdən, Trampın rəqibi, Demokrat Partiyasının namizədi Kamala Harris Trampı “getdikcə qeyri-sabit və əqli cəhətdən zəif” kimi xarakterizə edib. ABŞ-də prezident seçkilərinə sayılı günlər qaldığından, Trampın sağlamlıq durumu, yaşı və keçmişiylə bağlı iddiaları müzakirələrin mərkəzindədir. \\Cebheinfo.az

Tarix: 25 oktyabr 2024
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş