"Su probleminə görə qadınlar, qızlar çətinlik çəkirlər" - Zaur Mikayılov
"Su probleminə görə qadınlar, qızlar çətinlik çəkirlər. Son zamanlar qadınların, qızların su idarəçiliyində qarşılaşdıqları çətinlikləri gözardı etməməliyik".
Bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfransda deyib.
"Qadınların suyun idarə olunması prosesində iştirakı artıb. Bu, öz müsbət nəticəsini verir. Lakin qarşıda görüləcək çox işlər var", - o bildirib. \\Pravda.az
Tarix: 16 oktyabr 2024
Baxış: 59
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş