Rəqsanənin oğurlanan sırğasının FOTOsu - Dünyada 17 ədəddir
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanənin evindən 218 min avro (412 min manat) dəyərində qızıl sırğası oğurlanıb.
Gender.Az xəbər verir ki, lent.az Rəqsanənin oğurlanan qızıl sırğası ilə bağlı araşdırma aparıb.
Araşdırma zamanı məlum oldu ki, Rəqsanənin oğurlanan sırğası "Cartier" brendinə məxsusdur. Bu olduqca bahalı zinət əşyası sayılır.
Sırğadan dünyada 17 ədəd istehsal olunub.
Dünyanın ən bahalı zərgərlik brendlərindən olan "Cartier"in hazırda məhdud sayda satışda olan ən bahalı sırğalarından biri "Panthère de Cartier"dir.
Bu sırğaların hər biri ağ qızıl üzərinə birləşdirilmiş 18 karatlıq 97 brilliantdan ibarətdir. Sırğalar 3 ədəd damla formalı 2,26 karatlıq zümrüd və onikslə bəzədilib.
Məqaləyə dair fotomateriallar:
Tarix: 26 sentyabr 2024
Baxış: 56
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş