"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"
"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".
Gender.Az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev "Günə bax" verilişində deyib. Aparıcı isə həmin məsələ ilə bağlı bunları danışıb:
"Verilişdə məndən soruşdu ki, zirehli jiletim haradadır? Həmin jileti mən Birinci Qarabağ müharibəsində istifadə etmişdim. Sonra qərara gəldim ki, onu Faiq Ağayevə bağışlamalıyam. Amma qəbul etmədi. Düşündü ki, bunu daha vacib bir şəxs geyinə bilər. Uzun müddət özümdə saxladım. Bilmirdim müharibə olacaq ya yox. Sonra apardım jileti bizim snayperlərə bağışladım. Üstündən 2 il keçdi və lazım oldu". \\Axşam.az
Tarix: 20 sentyabr 2024
Baxış: 61
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş