Xəbər lenti
Reklam
Mizantropistlər kimlərdir?
Türkiyənin Əskişəhər şəhərində üzünü maska ilə gizlədən və 5 nəfəri bıçaqlayan təcavüzkarın ilk diaqnozunun mizantropiya olduğu açıqlanıb. Bəs, mizantropiya nədir və niyə baş verir? Mizantropiyanın əlamətləri hansılardır?

Mizantropiya haqqında məlumatı təqdim edirik:

Mizantropiya nədir?

Mizantropiya hərfi mənada “insanlara nifrət etmək, qorxmaq və ya bəyənməmək” deməkdir. 

Mizantropiya humanizmin tam əksi olmasa da, insanların mərkəzdə yer almağa layiq olmadığını ifadə edir. Mizantropiya ideyasını mənimsəyən insanlara “mizantroplar” və ya “mizantropistlər” deyilir.

Mizantropiyanın əlamətləri və xüsusiyyətləri hansıdır?

Mizantropistlər insanların fitri olaraq pis olduğunu düşünürlər. Ancaq pislik etmək haqqında fikirləşirlər.

Tarix boyu öz nəsillərinə və planetdəki bütün canlılara zərər verən insanlar bunu öz maraqları və ya qorxuları ucbatından edir.

Mizantropiyanın müalicəsi varmı?

Mizantropiyanın müalicəsində alternativ psixoterapiya üsulları tətbiq oluna bilər. Müalicə insanın yaşadığı problemlərdən asılı olaraq dəyişə bilər. \\Demokrat.az
Tarix: 15 avqust 2024
Baxış: 59

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş